Home » Qətərdə keçirilmiş beynəlxalq sərgidə ixraca dair müqavilə imzalanıb

Qətərdə keçirilmiş beynəlxalq sərgidə ixraca dair müqavilə imzalanıb

by bbnadm
0 comments 0 views 1 minutes read

10-14 mart tarixlərində Qətər Dövlətinin Doha şəhərində keçirilmiş 9-cu “Beynəlxalq Kənd Təsərrüfatı və Ətraf Mühit Sərgisi 2022”də iştirak etmiş Azərbaycan sahibkarları sərgi zamanı əməkdaşlığa dair bir sıra razılaşmalar əldə edib, müqavilə imzalayıblar. Belə ki, sərgi çərçivəsində alüminiumun təkrar emalı ilə məşğul olan Azərbaycan şirkəti xarici şirkətlə ixraca dair müqavilə imzalayıb. 

Azərbaycan pavilyonu və burada nümayiş olunan kənd təsərrüfatı, qida və ətraf mühit sahələri üzrə məhsul və xidmətlərimiz də sərgi ziyarətçiləri tərəfindən maraqla qarşılanıb. Xüsusilə də Bakı, Qəbələ və Cəlilabad rayonlarında fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal olunmuş zəfəran, lavanda və çiyələk məhsullarına maraq böyük olub. 

Qeyd edək ki, “Beynəlxalq Kənd Təsərrüfatı və Ətraf Mühit Sərgisi 2022”də İqtisadiyyat Nazirliyinin dəstəyi, Nazirliyin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və ölkəmizin Qətər Dövlətindəki Səfirliyinin koordinatorluğu ilə Azərbaycan pavilyonunda 11 mikro, kiçik və orta sahibkarlıq subyektinin məhsul və xidmətləri nümayiş olunub. 

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.