![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev ““Qarabağ” futbol klubuna maliyyə dəstəyi göstərilməsi haqqında” Sərəncam imzalayıb.
Belə ki, UEFA Konfrans Liqasının qrup mərhələsində uğurla iştirak edərək növbəti mərhələyə vəsiqə qazanması ilə əlaqədar Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Qarabağ” futbol klubuna 5,0 (beş) milyon manat ayrılması ilə bağlı göstəriş verilib.
Klubun maliyyələşdirilməsi prosesi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən həyata keçiriləcək.