Home » Qarabağ Regional DOST Mərkəzində sosial-psixoloji xidmətlərin göstərilməsi üçün “Açıq qapı” günləri keçiriləcək

Qarabağ Regional DOST Mərkəzində sosial-psixoloji xidmətlərin göstərilməsi üçün “Açıq qapı” günləri keçiriləcək

by anar
0 rəy 4 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 3 dekabr – Beynəlxalq Əlliliyi olan Şəxslər Günü ilə əlaqədar Bərdə şəhərindəki Qarabağ Regional DOST Mərkəzindəki Ambulator Reabilitasiya Mərkəzində (“RehaPoint”) “Açıq qapı” günləri keçirəcək.

1-3 dekabr tarixlərində davam edəcək “Açıq qapı” günlərində Bərdə və ətraf rayonlarda yaşayan əlilliyi olan şəxslər, müharibə veteranları, şəhid ailələri və müharibədən zərər çəkmiş vətəndaşlar üçün sosial-psixoloji xidmətlər göstəriləcək.

Tədbir çərçivəsində uşaq və böyüklər üçün ilkin psixoloq və loqoped konsultasiya və müayinəsi, ailələrin maarifləndirilməsi həyata keçiriləcək.

“Açıq qapı” günlərində qeyd olunan xidmətlərdən yararlanmaq istəyən vətəndaşlar əvvəlcədən Agentliyin 099 700 19 23 “WhatsApp” nömrəsinə, eləcə də “Facebook” və “İnstagram” səhifələrinə müraciət etməklə qeydiyyatdan keçə bilərlər.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.