Home » Qarabağ Universitetinin tələbələri ilk dəfə beynəlxalq proqramlaşdırma müsabiqəsində iştirak edib

Qarabağ Universitetinin tələbələri ilk dəfə beynəlxalq proqramlaşdırma müsabiqəsində iştirak edib

by anar
0 comment 1 views 1 minutes read

27 oktyabr 2024-cü il tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə Azərbaycan Respublikası Təhsil İnstitutunun birgə əməkdaşlığı, həmçinin Bakı Mühəndislik Universiteti (BMU) və ADA universitetinin təşkilatçılığı ilə BMU-da “49-cu ICPC – Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin dörddəbir final mərhələsi keçirilib. Bu il ilk dəfə olaraq müsabiqədə Qarabağ Universitetinin tələbələrindən ibarət komanda müsabiqədə iştirak edib. Universitetdən 9 komanda olmaqla ümumilikdə 27 nəfər müsabiqəyə cəlb olunub.

Müsabiqədə ölkənin 22 ali təhsil müəssisəsindən hər biri 3 tələbədən və 1 liderdən ibarət 51 komanda iştirak edib. 1/4 final mərhələsində müvəffəqiyyət qazanan komandalar cari ilin 13-15 dekabr tarixlərində Gürcüstanda keçiriləcək “49-cu ICPC – Tələbələrinin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin yarımfinal mərhələsində və Cənubi Qafqaz açıq çempionatında iştirak etmə hüququ əldə edəcəklər.

Qeyd edək ki, dörddəbir final mərhələsinə keçmək üçün 13 oktyabr tarixində müsabiqənin təsnifat mərhələsi keçirilib. Təsnifat mərhələsində ümumilikdə 170 komanda iştirak edib.

ICPC dünyada tələbələr üçün nəzərdə tutulan ən nüfuzlu alqoritmik proqramlaşdırma müsabiqəsi kimi tanınır.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.