Home » Qarabağda istehsal olunan bəzi malların Türkiyəyə güzəştli ixracına dair siyahı müəyyən edilib

Qarabağda istehsal olunan bəzi malların Türkiyəyə güzəştli ixracına dair siyahı müəyyən edilib

by Zeyneb
0 comments 1 views 1 minutes read

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində istehsal olunan bir sıra malların Türkiyəyə güzəştli qaydada ixracına dair siyahı müəyyən edilib.

BBN.az  Report.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı Səfirliyinin baş ticarət müşaviri Gülizar Yavaş Bakıda keçirilən “Türkiyə bazarına çıxış: ixrac, hüquqi və praktiki aspektlər” mövzusunda tədbirdə bildirib.

Onun sözlərinə görə, söhbət xüsusi saziş əsasında birtərəfli qaydada tətbiq olunan güzəştlərdən gedir. Bu güzəştlər qismən və ya tam vergi azadolması formasında təqdim oluna bilər. G.Yavaş qeyd edib ki, xüsusi razılaşma olduğu üçün bu məlumatlar açıq mənbələrdə yerləşdirilmir.

Baş ticarət müşaviri vurğulayıb ki, Qarabağda investisiya yatıran və ya istehsal fəaliyyəti həyata keçirən, məhsulun mənşəyinin həmin ərazilər olduğunu rəsmi sənədlərlə təsdiqləyə bilən sahibkarlar siyahıya daxil olub-olmadıqlarını və Türkiyəyə vergisiz ixrac imkanlarını səfirliyin ticarət müşavirliyindən öyrənə bilərlər.

Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətinə mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergilərdən azad olunublar. Eyni zamanda, ƏDV məqsədləri üçün qeydiyyatda olan həmin ərazilərin rezidentləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnika, texnoloji avadanlıq, qurğular, xammal və materialların idxalı da 10 il müddətinə ƏDV-dən azad edilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.