Home » Qazaxıstan Azərbaycanın icazə sistemini tətbiq edir

Qazaxıstan Azərbaycanın icazə sistemini tətbiq edir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Qazaxıstan Respublikasının Türkistan vilayəti Azərbaycanın “Xüsusi Karantin Rejimində İcazələrin Alınması və Monitorinqi Sistemi” təcrübəsi əsasında vətəndaşlarının hərəkəti üçün onlayn qeydiyyat sistemini hazırlayıb.

Yeni sistem vətəndaşlara ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, təxirəsalınmaz tibbi zərurət, eyni zamanda evlərini tərk edərkən və ya işə gedərkən onlayn qaydada icazə almağa kömək edəcək.

Ölkəmizdə tətbiq olunan müvafiq sistem barədə Astana Dövlət Xidmətləri Mərkəzinin 42 ölkənin iştirak etdiyi onlayn platformasında məlumat paylaşılıb. Müvafiq platformada Azərbaycan təcrübəsindən başqa Yunanıstan və Birləşmiş Ərəb Əmirliklərində karantin rejimində tətbiq olunan onlayn sistemlər barədə də məlumat verilib. Qazaxıstanın Türkistan vilayəti isə məhz Dövlət Agentliyinin təcrübəsi əsasında müvafiq sistemi ərsəyə gətirib.

Bu barədə BMT-nin İnkişaf Proqramının Astana Dövlət Xidməti Mərkəzi (Astana Civil Service Hub) veb-səhifəsində və Qazaxıstanın digər yerli xəbər portallarında məlumat dərc olunub.

“Xüsusi Karantin Rejimində İcazələrin Alınması və Monitorinqi Sistemi” Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi və Daxili İşlər Nazirliyi tərəfindən ərsəyə gətirilib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.