Home » QDTİB manatla istiqraz emissiyası və kreditləşməni genişləndirməyi planlaşdırır

QDTİB manatla istiqraz emissiyası və kreditləşməni genişləndirməyi planlaşdırır

by Zeyneb
0 comments 1 views 1 minutes read

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) iştirakçı dövlətlərin milli valyutalarında, o cümlədən Azərbaycan manatı ilə istiqrazların emissiyasını strateji prioritet kimi gündəmdə saxlayır.

Bunu “Report”a müsahibəsində QDTİB-nin prezidenti Serhat Köksal bildirib.

Onun sözlərinə görə, bu yanaşma bankın fəaliyyətinin təbii genişlənməsi kimi qiymətləndirilir. S.Köksal qeyd edib ki, QDTİB 2026-cı ildə və sonrakı dövrdə bazar maliyyələşdirməsini davam etdirmək və genişləndirmək niyyətindədir.

“Ötən ay 350 milyon ABŞ dolları dəyərində etalon istiqrazların emissiyası ilə beynəlxalq kapital bazarına uğurla qayıtdıq və qlobal investor bazasından 2 milyard ABŞ dollarından çox sifariş cəlb etdik. Bu, bankın uzunmüddətli maliyyələşdirmə strategiyasına uyğun olaraq kapital bazarlarında daimi iştirakını bərpa etmək niyyətindən xəbər verir”, – deyə o bildirib.

QDTİB rəhbəri əlavə edib ki, gələcəkdə bank müxtəlif valyutalarda, fərqli format və müddətlərdə balanslaşdırılmış və şaxələndirilmiş maliyyələşdirmə strukturunu qorumağı hədəfləyir.

S.Köksal həmçinin manatla yeni kredit xətlərinin ayrılması imkanlarının da nəzərdən keçirildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, QDTİB Azərbaycanın maliyyə bazarında iştirakını genişləndirmək üçün həm mövcud tərəfdaş banklarla əməkdaşlığı davam etdirir, həm də yeni tərəfdaşlarla əlaqələrin qurulması üzərində işləyir.

Bundan başqa, bank ticarətin maliyyələşdirilməsi və kiçik və orta biznesin (KOB) kreditləşdirilməsi istiqamətində yeni imkanları dəyərləndirir. Bildirilib ki, kredit xətlərinin bir hissəsi artıq yerli valyutada təqdim olunur və bu tendensiya artmaqda davam edir.

QDTİB yerli valyutada maliyyə resurslarının genişləndirilməsi ilə banklara və şirkətlərə valyuta riski olmadan maliyyələşmə imkanları təqdim etməyi planlaşdırır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.