Home » Qeyri-neft sektoru 30,5 faiz artıb

Qeyri-neft sektoru 30,5 faiz artıb

by bbnadm
0 comments 0 views 1 minutes read

İxrac icmalının avqust sayına əsasən, 2021-ci ilin ilk 7 ayı ərzində Azərbaycanın ixracı 11,4 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,4 mlrd. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 316,7 mln. ABŞ  dolları və ya 30,5% artıb. 2021-ci ilin 7 ayı ərzində qeyri-neft ixracında meyvə-tərəvəz məhsulları 338 milyon ABŞ dolları ilə əsas paya malik olub. Müvafiq dövr ərzində qeyri-neft ixracında qara metallar və onlardan hazırlanan məmulatlar 2,4 dəfə, pambıq iplik 2,8 dəfə, şəkər 2,3 dəfə, kimya sənayesi məhsulları 37%, pambıq lifi 88,5%,  alüminium və ondan hazırlanan məmulatlarda isə  42% artım qeydə alınıb.

Normallaşma prosesinin davam etdiyi dövrdə iyul ayı üzrə ixrac 2,6 mlrd ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 55,7% təşkil etməklə 192 mln ABŞ dolları olub. 2021-ci ilin iyul ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 6% artaraq 43 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 80,1% artaraq 149 milyon ABŞ dolları təşkil edib.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.