Məhdudiyyətlərin nisbətən yumşalması ilə əlaqədar qeyri-neft sektoru üzrə iqtisadi azalma tempi nisbətən səngimişdir. Rəsmi statistikaya görə cari ildə qeyri-neft sektoru üzrə Ümumi Daxili Məhsulun real azalmasının dib nöqtəsi 2.5% (6 ayın yekunu üzrə) olduğu halda 8 ayın yekunu üzrə 1.7% olmuşdur.
Real sektor müəssisələrinin monitorinqi biznes inam indeksinin neqativ zonada qaldığını göstərsə də, əksər sahələr üzrə ötən aydakı tarixi minimumla müqayisədə artım müşahidə olunmuşdur.
İlin qalan dövründə iqtisadi aktivlik kontr-tsiklik fiskal siyasət, monetar yumşalma və sinxronlaşdırılmış antiböhran tədbirləri ilə dəstəklənəcəkdir.