Home » Qeyri-xammal sektoru və Orta Dəhliz Azərbaycanın ÜDM artımının əsas hərəkətverici qüvvələri olacaq – Fitch

Qeyri-xammal sektoru və Orta Dəhliz Azərbaycanın ÜDM artımının əsas hərəkətverici qüvvələri olacaq – Fitch

by Zeyneb
0 comments 3 views 1 minutes read

Beynəlxalq reytinq agentliyi Fitch Ratings 2026-cı ildə Azərbaycanın real ÜDM artımını 2,5% səviyyəsində proqnozlaşdırır. Bu barədə agentliyin “Sovereigns and Supranationals” bölməsinin direktoru Arvind Ramakrişnan məlumat verib.

Onun sözlərinə görə, artım əsasən qeyri-xammal sektorunun inkişafı və genişmiqyaslı dövlət investisiyaları hesabına təmin olunacaq. Neft hasilatında azalma davam etsə də, təbii qaz istehsalı dəstəkləyici rol oynayacaq.

Ramakrişnan qeyd edib ki, informasiya-kommunikasiya texnologiyaları və nəqliyyat sektorunda da yaxşı artım perspektivləri var. Son illərdə qeyri-xammal sektorunun genişlənməsi Qarabağda bərpa işləri hesabına sürətlənib.

Proqnozlara əsasən, 2026-cı ildə konsolidasiya olunmuş büdcədə ÜDM-in 0,3%-i həcmində profisit, 2027-ci ildə isə kiçik kəsir gözlənilir. Azərbaycan “BBB-” səviyyəsində sabit proqnozla investisiya reytinqini qoruyub saxlayır. Bu, ölkənin xarici balansının davamlılığı, dövlət borcunun aşağı səviyyəsi və Dövlət Neft Fondu (SOFAZ) ilə dövlət depozitlərinin əhəmiyyətli aktivləri hesabına dəstəklənir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.