Home » Qida Təhlükəsizliyi İdarəetmə Sistemləri standartı üzrə təlim keçirilib

Qida Təhlükəsizliyi İdarəetmə Sistemləri standartı üzrə təlim keçirilib

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

İqtisadiyyat Nazirliyi yanında Dövlət Xidməti ilə Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumu arasında Anlaşma Memorandumuna uyğun olaraq onlayn təlim keçirilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) Halal Akkreditasiya Qurumunun (HAK) əməkdaşlarına “ISO 22000:2018 Qida Təhlükəsizliyi İdarəetmə Sistemləri” standartı üzrə təlim keçib.

İştirakçılara əvvəlcə AZSTAND-ın fəaliyyəti haqqında məlumat verilib. Daha sonra ISO 22000 və digər beynəlxalq standartlar üzrə baş auditor, təlimçi Nigar Hüseynova tərəfindən Qida Təhlükəsizliyi İdarəetmə Sistemi, yüksək səviyyəli struktur, risk əsaslı düşüncə və ISO 22000:2018 standartının tələbləri mövzusunda təlim keçirilib.

AZSTAND-ın məhsulların və xidmətlərin sertifikatlaşdırılması şöbəsinin müdiri, baş auditor Habil Hümbətov isə iştirakçıları Qida təhlükəsizliyinin idarə edilməsi üçün sistemin (HACCP) yaranması, inkişaf tarixi, prinsipləri, üstünlükləri, həmçinin sistemlə ISO 22000:2018 arasındakı əlaqə barədə məlumatlandırıb.

Qeyd: İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumu arasında halal akkreditasiya sahəsində Anlaşma Memorandumu 19 fevral 2021-ci ildə Ankara şəhərində imzalanıb. Sənədə əsasən, tərəflər arasında akkreditasiya və uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq çərçivəsində maarifləndirici təlimlər və qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulur.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.