Home » Qırğız Respublikasının nümayəndə heyəti “ASAN xidmət”də

Qırğız Respublikasının nümayəndə heyəti “ASAN xidmət”də

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Qırğız Respublikasının rəqəmsal inkişaf nazirinin müavini Talant Kalıkovun başçılıq etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Qonaqlara “ASAN xidmət”in yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi naliyyətlər əldə olunub.

Görüş zamanı qonaqlara, həmçinin Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri, elektron hökumətin inkişafı, sosial innovasiyalar sahəsində həyata keçirilən işlər və naliyyətlər barədə ətraflı məlumat verilib.

Bildirilib ki, bu günədək 52 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. “ASAN xidmət”in 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri  Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi qonaqların diqqətinə çatdırılıb.

Görüşdə Qırğız Respublikasının Rəqəmsal İnkişaf Nazirliyi “ASAN xidmət”, həmçinin Dövlət Agentliyinin elektron hökümət və s. sahələrdəki fəaliyyət təcrübəsinin öyrənilməsində maraqlı olduğunu və bu istiqamətdə hüquqi çərçivənin yaradılması niyyətini bildirib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.