Home » Qırmızı dənizdə beynəlxalq sualtı kabellərin zədələnməsi Microsoft-a təsir edib

Qırmızı dənizdə beynəlxalq sualtı kabellərin zədələnməsi Microsoft-a təsir edib

by Zeyneb
0 comments 1 views 1 minutes read

Qırmızı dənizdə beynəlxalq sualtı kabellərin zədələnməsi Microsoft-un xidmətlərinə və bir neçə ölkənin internet bağlantısına təsir göstərib.

Microsoft kabel kəsintilərinin Yaxın Şərqdən keçən və Asiya ilə Avropanı birləşdirən internet trafikinə mənfi təsir etdiyini açıqlayıb. Lakin kabellərin hansı səbəbdən və kim tərəfindən kəsildiyi barədə məlumat verilməyib.

Şirkətin məlumatında qeyd olunub ki, bərpa işləri müəyyən vaxt tələb edə bilər:
“Bu müddət ərzində müştərilərə təsiri minimuma endirmək üçün marşrutları izləyəcək, yenidən balanslaşdıracaq və optimallaşdıracağıq.”

Hadisə yalnız Microsoft-un bulud platforması Azure xidmətlərinə deyil, digər regionlardakı internet bağlantısına da təsir edib. NetBlocks-un məlumatına əsasən, Qırmızı dənizdə baş verən kəsintilər Hindistan, Pakistan və daha bir neçə ölkədə internet sürətinin zəifləməsinə və fasilələrə səbəb olub.

Müəllif: Mehin Qasımova, Banco.az

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.