![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
Bakı Fond Birjasında 01.01.2022-31.12.2022 tarixləri ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 14,947,984,521 manat təşkil edərək, ötən ilin müvafiq dövrü ilə müqayisədə cəmi 2% azalma müşahidə olunmuşdur. Nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə dövlət qiymətli kağızlar üzrə ticarət həcmində 14%, korporativ qiymətli kağızlar 93%, korporativ qiymətli kağızlar üzrə: ilkin bazar 17%, təkrar bazar 405%, korporativ qiymətli kağızlar üzrə repo əməliyyatları üzrə isə 2694% artım müşahidə olunmuşdur. Həmçinin, ötən ilə müqayisədə ümümi repo əməliyyatları üzrə 30% azalma qeydə alınmışdır. 2022-ci ilin dekabr ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası 4,193,278,402 manat təşkil edərək, ötən ilin müvafiq dövrü ilə müqayisədə cəmi 4% azalma müşahidə olunmuşdur. 2022-ci il ərzində Bakı Fond Birjasında ötən ilə nəzərən korporativ qiymətli kağız yerləşdirilməsi (ipoteka istiqrazları istisna) sayı 36% artaraq 45 təşkil etmiş, kütləvi üsulla həyata keçirilmiş korporativ qiymətli kağız yerləşdirilməsi (ipoteka istiqrazları istisna) sayında isə 47% artaraq 34 olmuşdur.
BFB-nin ticarət dövriyyəsinin cədvəli