Home » Qızıl girovu ilə kreditlər niyə daha sərfəlidir? – İqtisadçı açıqladı

Qızıl girovu ilə kreditlər niyə daha sərfəlidir? – İqtisadçı açıqladı

by Zeyneb
0 comments 1 views 1 minutes read

Xəbər:
Son dövrlər vətəndaşlar arasında qızıl girovu ilə kredit götürmək tendensiyası artmaqdadır. Qiymətli metalın dəyərinin nisbətən sabit qalması və bazarda etibarlı təminat vasitəsi kimi qəbul olunması bu növ kreditlərə marağı daha da yüksəldir.

BBN.az xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı Asif İbrahimov SİA-ya açıqlamasında qızıl girovu ilə verilən kreditlərin istehlak kreditləri ilə müqayisədə daha az riskli olduğunu bildirib. Onun sözlərinə görə, bu amil həmin kreditlərin faiz dərəcələrinin də nisbətən aşağı olmasına səbəb olur.

İqtisadçı qeyd edib ki, qızıl girovu ilə verilən kreditlərdə banklar təminat əsasında vəsait ayırdıqları üçün öz risklərini minimuma endirirlər. Eyni zamanda qızıl investisiya aləti hesab olunur və heç vaxt dəyərini tam itirmir. Onun qiyməti beynəlxalq bazarlarda tanınır, asanlıqla pula çevrilir və sürətli satış imkanı mövcuddur.

“Asan realizə oluna bilən və dəyərini qoruyan aktiv olduğu üçün qızıl girovu ilə verilən kreditlər, xüsusilə istehlak kreditləri ilə müqayisədə daha az risklidir. Bu səbəbdən banklar və bank olmayan kredit təşkilatları belə kreditlərə daha çox üstünlük verirlər”, – deyə A.İbrahimov vurğulayıb.

Onun sözlərinə görə, hazırkı qlobal iqtisadi qeyri-müəyyənliklər, hərbi-siyasi gərginliklər və iqtisadi risklər fonunda qızıl ən etibarlı sərmayə alətlərindən biri olaraq qalır. Məhz bu səbəbdən maliyyə qurumları qızıl kimi təminat növlərini daha rahat qəbul edirlər.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.