2

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçers qiymətləri geriləyib. Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın dekabr fyuçersləri 0,49% azalaraq 4 181,55 ABŞ dolları səviyyəsində qərarlaşıb.
Gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti də eniş göstərib. COMEX-də qeydə alınan məlumatlara əsasən, gümüş fyuçersləri 0,56% azalaraq 52,62 ABŞ dollarına düşüb.





