Çərşənbə günü kripto şirkəti Kraken elan edib ki, növbəti aydan Yaponiyadakı əməliyyatlarını qlobalda zəif kripto və ölkədəki cari bazar vəziyyətindən dolayı dayandıracaq.
BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, Kraken daha əvvəl isə xərclərin azaldılması ilə məşğul olub və noyabrın 30-da işçi qüvvəsini 1.100 nəfər, yaxud 30% azaltmışdı.
Bu isə ikinci dəfədir ki, Kraken Yaponiya bazarını tərk edir. İlk isə 2014-cü ildə əməliyyatlara başladıqdan sonra 2018-ci ildə bu bazarda fəaliyyətini dayandırması olmuşdu. 2020-ci ildə isə yenidən açmışdı.