Home » “Qlobal Müdafiə Texnologiyaları Hakatonu”na start verilib

“Qlobal Müdafiə Texnologiyaları Hakatonu”na start verilib

by bbnadm
0 comments 0 views 1 minutes read

4 dekabr 2020-ci il tarixində “Qlobal Müdafiə Texnologiyaları Hakatonu” beynəlxalq tədbirinin açılış mərasimi keçirilib.

Mərasim COVID 19 pandemiyası şəraitinə uyğun onlayn formada təşkil olunub.

4-6 dekabr tarixini əhatə edəcək “Qlobal Müdafiə Texnologiyaları Hakatonu” Azərbaycanda ilk dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi”nin və “NewSpace” şirkətinin təşkilatçılığı ilə keçirilir.  Tədbir, eyni zamanda “İDRAK Texnoloji Transfer” MMC-nin, “PAŞA Bank”ın  və “Pavotek” şirkətinin sponsorluğu ilə reallaşdırılır.

Onlayn formada təşkil olunacaq Hakatonda mülki şəxslərin müdafiəsi, informasiya təhlükəsizliyi və rəqəmsal təbliğat mövzuları diqqət mərkəzində olacaq. Həmçinin müdafiə texnologiyaları ilə bağlı innovativ arxitektura və proqramların tətbiqi, bu istiqamətdə əməkdaşlıqların artırılması məsələləri müzakirə olunacaq. 

Tədbirin əsas məqsədlərindən biri də Qarabağ həqiqətlərini dünyaya çatdırmaqdır.

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.