Home » “Qlobal Pul Həftəsi” çərçivəsində Zəngilan rayonunun Ağalı kənd orta məktəbinin şagirdləri maliyyə savadlılığı tədbirlərinə cəlb olunmuşdur

“Qlobal Pul Həftəsi” çərçivəsində Zəngilan rayonunun Ağalı kənd orta məktəbinin şagirdləri maliyyə savadlılığı tədbirlərinə cəlb olunmuşdur

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Hər il təşkil olunan “Qlobal Pul Həftəsi”nin 2023-cü il üzrə nəzərdə tutulan tədbirləri (GMW2023) çərçivəsində Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbinin 54 şagirdi maliyyə savadlılığı tədbirlərinə cəlb olunmuş və məktəblilərin Azərbaycan Respublikasının Mərkəzi Bankının Virtual Təhsil Platformasında yerləşdirilmiş “Uşaqlar və Pullar” kursunda (https://edu.e-cbar.az/course/preview.php?id=125) iştirakı təmin edilmişdir.

Şagirdlər virtual kurs vasitəsilə pulun yaranma tarixi, Azərbaycan Respublikasının milli pul nişanları haqqında ətraflı məlumat əldə etmiş, habelə pulların idarə edilməsi, effektiv xərclənməsi, qorunması, sığorta, rəqəmsal ödənişlər və maliyyə savadlılığının digər komponentlərinə dair bir çox suallara cavab tapmışlar.

28 mart 2023-cü il tarixində şagirdlərin qeyd edilən kurs üzrə əldə etdikləri biliklərin qiymətləndirilməsi və onlara maliyyə savadlılığına dair əlavə resursların təqdim edilməsi məqsədilə Ağalı kənd tam orta məktəbinin pedaqoji heyəti və şagirdləri ilə əyani görüş keçirilmiş, şagirdlərin sözügedən kursla bağlı sualları cavablandırılmış və onlara Mərkəzi Bankın digər intellektual resursları barədə ətraflı məlumat verilmişdir.

Mərkəzi Bank tərəfindən regionlarda maliyyə savadlılığının artırılması məqsədilə bütün əhali qruplarının, o cümlədən ali, orta və peşə ixtisası üzrə təhsil alan tələbələrin və orta məktəb şagirdlərinin seminar və kurslara cəlb edilməsi istiqamətində fəaliyyət davam edir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.