
Sentyabrın 23-də qlobal bazarlarda qızılın qiyməti bütün zamanların ən yüksək göstəricisinə yüksəlib.
BBN.az xəbər verir ki, ticarət məlumatlarına əsasən, bazar ertəsi bir troy unsiyası üçün qızılın qiyməti 3 750 dolları keçib, bu gün isə ilk dəfə olaraq 3 790 dolları aşaraq yeni tarixi rekorda imza atıb.
Son aylarda davamlı bahalaşan qızıl zəifləyən dollar və bazarlarda qeyri-müəyyənlik səbəbindən investorlar üçün əsas “təhlükəsiz sığınacaq” kimi mövqeyini möhkəmləndirib.
Bununla yanaşı, Rusiyanın qızıl ehtiyatları 2023-cü ilin yazından bəri ən aşağı həddə enib. Lakin qiymət artımı nəticəsində onların ümumi dəyəri avqust ayında rekord səviyyəyə – 255 milyard dollara yüksəlib.







