Home » Qorunan əmanətlər üzrə kompensasiya məbləği artırılıb

Qorunan əmanətlər üzrə kompensasiya məbləği artırılıb

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikasının Prezidenti 18 dekabr 2020-ci il tarixdə  “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununu imzalamışdır. Sözügedən Qanununun 3-cü maddəsində “4 (dörd) il 9 (doqquz) ay müddətində” sözləri “2021-ci il 05 aprel tarixinədək” sözləri ilə əvəz edilmişdir. Bununla da, rəsmi şəkildə dekabrın 4-də qüvvədən düşən “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun müddəti 05 aprel 2021-ci il tarixədək uzadılmışdır.

Həmçinin Azərbaycan Respublikasının Prezidenti 18 dekabr 2020-ci il tarixdə “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununu imzalamışdır. Qüvvəyə minən yeni Qanuna əsasən “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda qorunan əmanətlərin siyahısına notariusun depozit hesabına mədaxil edilmiş fiziki şəxslərə məxsus vəsaitlər və fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı 20 (iyirmi) min manatadək  pul vəsaitləri daxil edilmişdir. 05 aprel 2021-ci il tarixdən isə hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 100 (bir yüz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir.  

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.