Home » Qəbələ rayonunda arıçılarla görüş keçirilib

Qəbələ rayonunda arıçılarla görüş keçirilib

by Aytac
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Görüşdə sahibkarlara göstərilən dövlət dəstəyi tədbirləri barədə məlumat verilib, arı ailələrində yaranan xəstəliklərlə mübarizə, məhsulun satışı və s. məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Qəbələ rayonunda fəaliyyət göstərən arıçılıq təsərrüfatında sahibkarlarla görüş keçirilib. Arıçılıq və bal məhsullarının satışı sahəsində mövcud imkanların və çətinliklərin müzakirəsinə həsr olunmuş görüşdə Qəbələdə fəaliyyət göstərən arıçı fermerlər və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

Tədbirdə sahibkarlara göstərilən dövlət dəstəyi tədbirləri, o cümlədən müvafiq qurumların xidmətləri barədə ətraflı məlumat verilib, arı ailələrində yaranan xəstəliklərlə mübarizə, məhsulun satışı üçün tələb olunan sənədlərin hazırlanması, güzəştli kredit dəstəyi, arıçıların sərgilərdə iştirakına dair müzakirələr aparılıb. Görüşdə arıçı fermerlərin çətinlikləri və təşəbbüsləri dinlənilib, sualları cavablandırılıb, görüşdə iştirak edən qurumların nümayəndələri tərəfindən praktik tövsiyələr verilib.

Həmçinin, fermerlər arıçılıq təsərrüfatının fəaliyyəti ilə tanış olub, təcrübə mübadiləsi aparıblar.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.