Home » Rəqəmsal dollar sınaq mərhələsini uğurla keçib

Rəqəmsal dollar sınaq mərhələsini uğurla keçib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Mərkəzi banklar tərəfindən idarə edilən rəqəmsal valyuta (CBDC) konsepsiyası artıq uzun müddətdir ki, dünya ölkələrinin diqqət mərkəzindədir. Bir sıra ölkələrdə artıq pilot layihə kimi icrasına başlanılan bu trendin artıq əksər İEÖ-lərdə araşdırma və tərtibat (R&D) proseslərinə başlanılıb.

Artıq əksər monetar institutların maraq mənbəyinə çevrilən bu konsepsiya haqqında hesabat tərtib edilib. Yeddi fərqli mərkəzi bank (“Bank of Canada”, “Bank of England”, “Bank of Japan”, “European Central Bank”, “Federal Reserve”, “Sveriges Riksbank”, “Swiss National Bank”) və BIS (“Bank for International Settlements”) arasında tərəfdaşlıq nəticəsində ərsəyə gətirilən bu hesabat özündə sözügedən valyutanın pərakəndə sektorda tətbiqinin siyası və praktiki cəhətdən araşdırmasını əks etdirib.

Rəqəmsal valyuta tendensiyasında fərqlənən ölkələrdən biri də Amerika Birləşmiş Ştatlarıdır. “Project Hamilton” adı altında start verilən rəqəmsal dollar layihəsi artıq test mərhələsindədir. Test mərhələsində saniyədə 1.7 milyon tranzaksiyalıq yüksək nəticə göstərən rəqəmsal dollar digər rəqəmsal valyutalar və kriptovalyutalarla müqayisədə üstün nəticə göstərib. Belə ki, buna qədər ən yüksək nəticəyə malik “Solana” kriptovalyutası saniyədə 50 min tranzaksiya həyata keçirməyə imkan tanıyırdı. Test mərhələsi Boston Federal Rezerv Bankı və Massaçusets Texnologiya İnstitutu (MIT) tərəfindən aparılıb.

Məlumat üçün qeyd edək ki, hazırda dünyada 5 ada ölkəsində (Baham adaları, Sent Kit və Nevis, Antiqua və Barbuda, Sent Lucia və Qrenada) CBDC-lərin pərakənda satış sektorunda tətbiqinə start verilib. 14 ölkədə isə pilot layihə olaraq testlərə başlanılıb.

CNBCTV18

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.