Home » Rəqəmsal transformasiya və e-ticarət forumu keçirilib

Rəqəmsal transformasiya və e-ticarət forumu keçirilib

by anar
0 rəy 1 baxış 1 dəqiqə oxuma

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport.az” portalı və Rəqəmsal Ticarət Qovşağı (Digital Trade Hub – DTH) Türkiyənin “ODS Consulting Group” şirkəti ilə birgə “Rəqəmsal transformasiya və e-ticarət” adlı onlayn forum keçirib.

Rəqəmsal transformasiya və elektron ticarətin yaratdığı imkanlar barədə fikir mübadiləsi aparmaq, həmçinin iki ölkə arasında ticarət əlaqələrini genişləndirmək və ixracı təşviq etmək məqsədi ilə keçirilmiş forumda “Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov açılış edərək Azərbaycanda elektron ticarət və rəqəmsal transformasiya sahəsində mövcud vəziyyət və inkişaf perspektivləri haqqında danışıb.

Daha sonra “ODS Consulting Group” şirkətinin təsisçisi Okan Seçkin Türkiyədə rəqəmsal transformasiyanın e-ticarətə təsiri, rəqəmsallaşmadan irəli gələn çağırışlar və imkanlara dair məlumat verib. Şirkətin peşəkar nümayəndələri SAP (Systems, Applications and Products – Sistemlər, Tətbiqlər və Məhsullar) xidmətləri, müştərilərlə münasibətlərin qurulması, istehsal prosesinin səmərələşdirilməsində və onlayn satışda rəqəmsal transformasiyanın rolu kimi mövzularda çıxışlar ediblər.

Sonda “Alibaba” şirkətinin Türkiyə üzrə biznes inkişafı meneceri Kubilay Gençkan “Alibaba.com” ilə ixrac imkanları haqqında məlumat verib və Azərbaycanla mövcud əməkdaşlığın genişləndirilməsi imkanlarından danışıb.

DTH-ın rəhbəri İsmət Vaqifzadənin də qatıldığı forumda 100-ə yaxın dövlət və özəl sektorun nümayəndələri iştirak edərək çıxışçılara suallar ünvanlayıblar.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.