Home » Rəşad Nəbiyev Ağsuda vətəndaşları qəbul edəcək

Rəşad Nəbiyev Ağsuda vətəndaşları qəbul edəcək

by anar
0 comments 1 views 1 minutes read

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iyulun 1-də saat 09:00-da Ağsu şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Qobustan, Şamaxı, İsmayıllı, Ağsu və Kürdəmir rayonlarının sakinlərini qəbul edəcək.

BBN.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula iyunun 29-na qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655) və elektron poçtu (office@mincom.gov.az), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda iyun ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.