Home » Rabitəbank 2019-ci ili 11 milyon mənfəət ilə başa vurdu

Rabitəbank 2019-ci ili 11 milyon mənfəət ilə başa vurdu

by bbnadm
0 comments 0 views 1 minutes read

2019-cu il göstəricilərinə əsasən, Rabitəbank 11,1 mln manat mənfəət etmiş və aktivləri 740 mln manata çatdırmışdır. Bankın kredit portfeli 2019-ci il ərzində 18% artaraq 385 mln. manat, məcmu kapitalı isə 10 % artaraq, 114 mln manat təşkil etmişdir. 2019-ci il ərzində bankın cəmi gəlirləri əvvəlki il ilə müqayisədə 14% artaraq 53,9 mln manat, xərcləri isə 42,5 mln manat təşkil etmişdir.

Bank həmçinin,  2019-ci ildə əvvəlki il ilə müqayisədə, verilmiş biznes kreditlərin həcmi 29%,  istehlak kreditlərini isə 24% artmışdı. 2019-ci ildə sürətli pul köçürmələrində də 14%-dən çox artım müşahidə edilmiş, plastik kartların sayı 41% artırmışdır.Həmçinin bank xüsusi imtiyazları olan və çoxlu sayda üstünlükləri özündə cəmləyən, Kartmane kartını müştərilərinə təqdim etdi. Yaşıl və Premium Kartmane, debit və kredit kartı olaraq müştərilərinin istifadəsinə təqdim olunmuşdur. Bütün dünyadakı YDM və restoranlardan cashback qazandıran Kartmane, ölkədə ilk dəfə tam 100 gün güzəşt müddətli kredit kartını da 2019-cu ildə istifadəyə buraxdı. Həmçinin mastercard PayPass stiker kartları da bank tərəfindən müştərilərinə təklif edilir.

Rabitəbank 27-ci fəaliyyət ilində rebrendinq edərək, ənənəvi xidmətləri ilə yanaşı, rahat və innovativ rəqamsal xidmətlərini öz müştərilərinə təqdim etdi. Rahat interfeys və geniş funksionallığı ilə istifadəyə verilən Rabitabank Mobil tətbiqi, bankın rabitabank.com rəsmi internet saytı tam yenilənərək istifadəyə təqdim edilib. Həmçinin, bankın digər innovativ təklifi olan RabitəBot, 2019cu ildə hesabın alman üsulu bölünməsi, cərimələrin ödənişi, teleqramda dostunuzla danışıq pencərəsindən ayrılmadan dərhal pul göndərmək və ölkədə ilk dəfə onlayn bələdçi olan, Mastercard konsyerj xidməti ilə müştərilərinə xoş təəccüb və rahat imkanlarını təqdim edib.

2019-ci ildə, bankın xidmət şəbəkəsinin sayında da artım müşahidə olunmuşdur. Belə ki, bankın, Nəsimi filialı şəhərin mərkəzində 24/7 rejiminə keçmiş və yeni üslub ilə müştərilərin ixtiyarına təhvil verilmişdir. Həmçinin paytaxtda daha 3 ATM istifadəyə verilərək, sayı 68-ə çatdırılmışdır. İldən-ilə inkişaf edən Rabitəbank, 2020-ci ildə yeni məhsul və xidmətləri ilə öz müştərilərinə rahat bankçılıq imkanlarını təklif etməyə hazırlaşır.

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.