Home » Rabitəbank 3 nominasiyada mükafatlandırılıb

Rabitəbank 3 nominasiyada mükafatlandırılıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Ötən həftə Azərbaycan Banklar Assosiasiyasının (ABA) ümumi yığıncağında “Bankçılıq Mükafatları-2019 – 2020” mükafatının qalibləri müəyyən olunub. Azərbaycan Banklar Assosiasiyası üzv təşkilatları, Ekspert Qrupları və tərəfdaşları tərəfindən Rabitəbank 3 nominasiya üzrə qalib adına layiq görülüb.

Qiymətləndirməyə əsasən Rabitəbank “Korporativ sosial məsuliyyət”, “Ən fəal təhsil dəstəkçisi”, “Ən fəal maliyyə savadlığı dəstəkçisi” sahələri üzrə ötən illər ərzində əməli addımları ilə fərqlənərək mükafatlandırılıb. 



Ötən il Rabitəbank rəqəmsal bankçılıq yolunda daha fəal yeniliklər və məhsullar təqdim etməklə yanaşı sosial, təhsil, maliyyə savadlığı sahəsində də bir çox faydalı və uğurlu layihələrə imza atıb. Bank müştərilərinə bir çox innovativ ödəniş həlləri təqdim edib:



  • Plastik kartların ünvana pulsuz çatdırılması;
  • Rabita Mobile tətbiqi vasitəsilə xarici bank kartlarına pul göndərmənin asanlaşdırılması;
  • Unikal keşbek kartı Kartmane kartı ilə həm ölkədaxili, həm xaricində, həm də onlayn ödənişlərdə keşbek qazanma imkanı.

Rabitəbank cari ildə də əhalinin sosial-iqtisadi rifahının yüksəldilməsi, aztəminatlı ailələrin özünüməşğulluğunun inkişaf etdirilməsi, təhsil sahələrinin dəstəklənməsi istiqamətində tədbirlər həyata keçirəcək.



“Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.