Home » “Rabitəbank” Qurban bayramı münasibətilə bir ailəni şəxsi biznes sahibi etdi

“Rabitəbank” Qurban bayramı münasibətilə bir ailəni şəxsi biznes sahibi etdi

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

“Rabitəbank” ASC aztəminatlı ailələrin sosial rifahının yüksəldilməsi məqsədilə həyata keçirilən “Özünüməşğulluq” proqramı çərçivəsində təşəbbüskar addımlarını davam etdirir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində “Rabitəbank” daha bir vətəndaşımızı şəxsi biznesini yaratmaq arzusuna çatdırdı. Bu dəfə həm də Qurban bayramı münasibətilə Şamaxı sakini Qurbani Ağayev Ağası oğluna ailə təsərrüfatının qurulmasına, həmçinin inkişafına təkan verəcək 3 ədəd yerli cins inək və onların uzunmüddətli yem ehtiyatı Bank tərəfindən əvəzsiz olaraq təqdim edilib. Qurbani Ağayev “Rabitəbank” kollektivinə öz təşəkkürünü bildirib: “Müqəddəs Qurban bayramında ailəmizin ruzisi sizdən gəldi, daimi gəlir mənbəyimiz və öz ailə təsərrüfatımız formalaşdı. Göstərdiyi təqdirəlayiq addıma görə “Rabitəbank”a və bu proqramın bütün tərəfdaşlarına minnətdarlığımı bildirirəm.”

Özünüməşğulluq proqramı hazırda koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar ölkədə sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması istiqamətində atılan mühüm addım olaraq əhalinin əmək məhsuldarlığının, iqtisadi fəaliyyətinin, ailə gəlirlərinin artmasına və əlavə iş yerlərinin yaranmasına zəmin yaradacaqdır.

Korporativ sosial məsuliyyət “Rabitəbank”ın əsas fəaliyyət istiqamətlərdən biridir. Bank ilin sonunadək ölkənin fərqli regionlarında, eləcə də paytaxtda aztəminatlı vətəndaşların aktivlərlə təmin edilməsini davam etdirəcək.

“Rabitəbank”, Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-i, “Rabitabank Mobile” adlı mobil əlavəsi, İnternet Bankinq və “RabitaBot” adlı çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.