Home » Rabitəbank sahibkarlığa dəstək üçün möhtəşəm fürsət təqdim edir!

Rabitəbank sahibkarlığa dəstək üçün möhtəşəm fürsət təqdim edir!

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Sahibkarlar çox sayda güzəştlərdən faydalana biləcək.

Rabitəbank, ölkədə sahibkarlıq fəaliyyətinin inkişafı və sahibkarlar üçün güzəştlərin tətbiq edilmə siyasəti çərçivəsində, biznes fəaliyyəti üçün önəmli kampaniyaya start verir. Belə ki, cari ilin 5 may tarixindən, 5 avqust tarixinədək bankda yeni sahibkarlıq hesabı açan müştərilərimizə aşağıdakı xüsusi təkliflər təqdim olunur:

  • İlk 3 ay ərzində müəsisələrdən əmək haqqı köçürmə komissiyasının alınmaması, əmək haqqı kartlarının pulsuz verilməsi;
  • Köçürmə komissiyaları üçün istifadə edilə biləcək 50 AZN dəyərində bonusların verilməsi;
  • 0% konvertasiya komissiyası;
  • İlk 3 ay ərzində hesab üzrə vəsaitin nağdlaşdırılması 0%;
  • POS terminal üzrə aylıq xidmət haqqı 0 AZN;

Həmçinin, kampaniyadan yararlanan müştərilərimizə, internet bankçılıq xidmətinə qoşulma, istənilən valyutada hesab açma, bir illik sms və e-mail məlumatlandırma, VÖEN hesaba bağlı iki illik BizKart və bir ədəd çek kitabçası tamamilə pulsuz təqdim edilir.

Sahibkarlar üçün təklif olunan yeni kampaniya haqqında daha ətraflı məlumat üçün https://bit.ly/sahibkar linkinə daxil ola bilərsiniz.

Rabitəbank, Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-ı, Rabitəbank Mobile adlı mobil əlavəsi, İnternet Bankinq və RabitaBot adlı çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.