Home » “Rabitəbank” və “Azərbaycan Sahibkarlar Konfederasiyası” arasında birgə layihə

“Rabitəbank” və “Azərbaycan Sahibkarlar Konfederasiyası” arasında birgə layihə

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Ötən günlərdə “Rabitəbank” ASC və Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) arasında birgə layihə təşkil olunmuşdur. Azərbaycan İqtisad Universiteti və Odlar Yurdu Universiteti tələbələrinin iştirakı ilə keçirilmiş tədbirin məqsədi tələbələri bank sistemi ilə yaxından tanış etmək olub.

Rabitəbank-ın Baş ofisində keçirilən təlim məqsədli tədbirdə bankın İdarə Heyətinin 1-ci müavini Orhan Gültekin başda olmaqla, departament nümayəndələrinin təqdimatla çıxışları olmuş, departamentlərin gördükləri işlərlə bağlı real təcrübələrini bölüşmüşlər.

Konfransın nəticəsi olaraq bankın ekspertləri tərəfindən tələbələrə bankda iş fəaliyyəti və biznes prosesləri ilə tanış olmaq, həmçinin dəyərli əlaqələr qurmaq imkanı yaradılmışdır.

“Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.