Bu gündən etibarən, Rabitəbank daha 3 filialında iş saatlarını 20:00-a dək uzatdı. Artıq Bakı şəhərində yerləşən Sahil filialı, Sumqayıt və Gəncə filialı 20:00 bütün bank xidmət və məhsulları ilə müştərilərinə xidmət göstərəcək. Bu imkanla iş saatlarında banklara yaxınlaşa bilməyən müştərilərimizin rahatlığını təmin edərək xidmətləri daha da əlçatan və rahat etdik. Müştərilər valyuta mübadiləsi ilə yanaşı sürətli pul köçürmələri edə bilər, pul əldə edə bilər, hesab aça və digər xidmətlərdən yararlana biləcəklər.
Həmçinin müştərilər həmin saatlarda nağd pul kreditini əldə edə biləcək, bankın unikal məhsulu olan Kartmane kredit və debit kartını da həmin saata qədər sahib ola biləcəklər. Qeyd edək ki, çoxlu sayda üstünlüklərə malik və unikal kartmane kartını, bankın rəsmi saytı olan www.rabitabank.com –dan, Rabitəbank mobil tətbiqindən və yaxud Telegram və Facebook üzərindən RabitaBot vasitəsi ilə həyata keçirə bilərlər.
Rabitəbank, 25 xidmət məntəqəsi və 68 ATM-ı, Rabitəbank Mobile adlı mobil tətbiqi və İnternet Bankinq, RabitəBot adlı çatbotu, 133 nömrəli məlumat mərkəzi ilə müştərilərin xidmətindədir.