Home » Rabitəbank əməkdaşları qanvermə aksiyasında könüllü oldular

Rabitəbank əməkdaşları qanvermə aksiyasında könüllü oldular

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Sosial məsuliyyət layihələriylə hər zaman seçilən Rabitəbank bu dəfə də Böyük Qələbəmizin həyatımıza sonsuz fərəh və iftixar duyğuları bəxş etdiyi və koronavirus infeksiyasının ölkəmizdə çətinliklər yaratdığı bir vaxtda könüllü qan donorluğuna dəstək tədbiri kimi, ölkədə qan ehtiyatının daha da artırılmasına yönələn könüllü qanvermə aksiyası təşkil etdi.

Qanvermə aksiyası Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının (Mərkəzi Qan Bankı) birgə dəstəyi ilə Rabitəbankın 28 May, 33 ünvanında yerləşən baş ofisində təşkil olunub. Bankın baş ofis əməkdaşları bu nəcib və humanist aksiyada fəal iştirak ediblər. Könüllü donorlar üçün baş ofisdə müvafiq şərait yaradılıb və karantin rejimi qaydalarının gözlənilməsinə diqqət edilib. Aksiya Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının tam nəzarəti altında keçirilib.

Rabitəbankının rəhbərliyi və əməkdaşları bir neçə ildir ki, belə təşəbbüskar aksiyalardada könüllü iştirak edərək, qana ehtiyacı olanlara dəstək göstərirlər. Bəhsikeçən aksiyada toplanan qanlar qan ehtiyacı yaranan xəstələrin müalicəsinə kömək məqsədilə istifadə ediləcək.

“Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 71 ATM-i, “Rabitabank Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.