0
21 yanvar 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Regional” BOKT MMC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
| Emitentin adı | “Regional” BOKT MMC |
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2005023406 |
| İstiqrazın növü və forması | Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz |
| Ticarət üsulu / forması | Kütləvi / Birqiymətli Hərrac |
| İstiqrazların sayı | 10,000 (ədəd) |
| İlkin ticarət qiyməti | 100 manat |
| İstiqrazların buraxılış həcmi | 1,000,000 manat |
| İllik gəlirlilik faizi | 16% |
| Ödəmə periodu | İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 (otuz) təqvim günündən bir ödənilir |
| Tədavül müddəti | 3 il |
| Ticarətə buraxılma tarixi | Emitent tərəfindən bildiriləcək |
| Anderrayter | “Xalq Kapital İnvestisiya Şirkəti” QSC |





