
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) ölkənin 50-yə yaxın şəhər və rayonunda KOB dostu ofisləri fəaliyyət göstərir. KOB dostları bölgələrdə KOBİA-nın nümayəndəsi olmaqla yanaşı, həmçinin sahibkarlar üçün biznes bələdçisi funksiyasını yerinə yetirir. Sahibkarlar və ya bizneslə məşğul olmaq istəyənlər yaşadıqları ərazi üzrə KOB dostlarına müraciət etməklə sahibkarlıq fəaliyyətinə başlamaq və bizneslərini inkişaf etdirmək üçün məlumat və məsləhət ala, bizneslə bağlı qarşılaşdıqları çətinliklərin həlli məqsədilə müraciət edə bilərlər. KOB dostları həmçinin sahibkarların dövlət qurumları və digər təşkilatlarla, eləcə də yerli və xarici tərəfdaşlarla əlaqələndirilməsinə də dəstək göstərir.
Sahibkarlar KOB dostu ofislərinin ünvanları ilə bağlı məlumatı KOBİA-nın www.smb.gov.az saytından öyrənə bilərlər.






