Home » Regionlarda işlə təminat sahəsində əməkdaşlıq əlaqələri genişləndirilir

Regionlarda işlə təminat sahəsində əməkdaşlıq əlaqələri genişləndirilir

by khayale
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən regionlarda işlə təminat sahəsində əməkdaşlıq əlaqələri genişləndirilir.

Bu dəfə Şirvan-Salyan Regional Məşğulluq filialı ilə Şirvan-Salyan Regional Təhsil İdarəsi arasında işlə təminat prosesinin Agentliyin vakansiya bankı üzərindən həyata keçirilməsinə dair görüş keçirilib.

Regional Təhsil İdarəsinin nümayəndələrinə Filialın fəaliyyəti, boş iş yerləri barədə məlumatların vakansiya bankına yerləşdirilməsi qaydası və karyera məsləhətçiləri tərəfindən yeni konsepsiya əsasında vakansiyalar üzrə namizədlərin müəyyənləşdirilməsi prosesi izah edilib.

Görüşdə təhsil müəssisələrinə işə qəbul prosesinin Regional Məşğulluq filialı tərəfindən verilən göndəriş əsasında həyata keçirilməsi ilə bağlı müvafiq razılıq əldə edilib. Bundan başqa təhsil müəssisələrinin rəhbərləri üçün seminar və təlimlərin təşkil olunması məsələsi də müzakirə edilib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.