Home » Regionlarda sahibkarlarla görüşlər davam etdirilir

Regionlarda sahibkarlarla görüşlər davam etdirilir

by anar
0 comments 1 views 1 minutes read

Yanvar ayında sahibkarlarla keçirilmiş görüşlərdə subsidiyaların verilməsi, aqrar sığorta, suvarma suyu ilə təminat, özünüməşğulluq, əməkhaqqının birgə maliyyələşdirilməsi, güzəştli kreditlərə dair müzakirələr aparılıb. 

Sahibkarlıq fəaliyyəti ilə bağlı yeniliklər, dövlət dəstəyi mexanizmləri barədə biznes subyektlərinin və fermerlərin məlumatlandırılması üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə regionlarda keçirilən sahəvi görüşlər davam etdirilir.

Yanvar ayında Göygöl, Astara, Yevlax, Abşeron (Şəfəq qəsəbəsi) və Ağdam  rayonlarında sahibkarların və müvafiq dövlət qurumlarının iştirakı ilə heyvandarlıq, ictimai iaşə, özünüməşğulluq, intensiv sitrus bağçılğı və suvarma ilə bağlı görüşlər keçirilib. Görüşlərdə sahibkarlarla dövlət dəstəyi tədbirləri, subsidiyaların verilməsi, aqrar sığorta mexanizmi, özünüməşğulluqla bağlı layihələr, əməkhaqqının birgə maliyyələşmə mexanizmi, dövlətin güzəştli kreditləri, KOBİA-nın biznesin qurulması və inkişafına dəstəyi, suvarma suyu ilə təminat məsələri ətrafında fikir mübadiləsi aparılıb. Tədbirlərdə iştirak etmiş aidiyyəti qurumların nümayəndələri tərəfindən sahibkarları maraqlandıran suallar cavablandırılıb, təklifləri dinlənilib, təşəbbüsləri müzakirə edilib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.