Home » Respondentlərin 96%-i nağdsız ödənişlərdən istifadə edir – SORĞU

Respondentlərin 96%-i nağdsız ödənişlərdən istifadə edir – SORĞU

by bbnadm
0 comments 0 views 1 minutes read

Mərkəzi Bankın açıqladığı məlumata görə, bu il Azərbaycanda nağdsız əməliyyatların həcmi təxminən 12% artıb. MTM (Media Təhlil Mərkəzi) nağdsız ödənişlərə artan marağı nəzərə alaraq, vətəndaşlar arasında sorğu keçirib və onlarn fikirlərini öyrənib. Sorğuda iştirak edən 1219 respondentin 24%-ni qadınlar, 76%-ni kişilər təşkil edib.

İlk suala verilən cavablar əsasında məlum olub ki, respondentlərin 96%-i nağdsız ödənişlərdən istifadə edir.

Sorğu iştirakçılarının 30,7%-i nağdsız ödənişlərdən daha təhlükəsiz və rahat olduğuna, 22,9%-i vaxta qənaət imkanı yaratdığına 38,6%-i isə keşbek qazandırdığına görə istifadə edir. Digər üstünlüklərinə görə nağdsız ödəniş metodunu əlverişli hesab edənlər respondentlərin 3,3%-ni təşkil edib. İştirakçıların 4,5%-i nağdsız ödənişlərdən istifadə etmədiyini bildirib.

Respondentlərin “Hansı ödəniş sistemindən istifadəyə üstünlük verirsiniz?” sualına cavabları aşağıdakı kimi olub:

Hökumət Ödəniş Portalı – 10,5%;

“ASAN ödəniş” sistemi – 4,7%;

Hesab.az – 12,8%;

Digər – 67,5%;

İstifadə etmirəm – 4,5%.

Sorğu iştirakçılarının 76%-ı nağdsız ödənişlər üçün quraşdırılan pos-terminalların fəaliyyətindən razı olsa da, 24%-i narazıdır.

Respondentlərin 24,2%-i son 2 ayda onlayn alış-verişə 100 AZN-ə qədər, 16,8%-i 200 AZN-ə qədər, 13,5%-i 300 AZN-ə qədər, 7,8%-i 400 AZN-ə qədər, 37,7%-i isə 400 AZN-dən çox pul xərclədiyini deyib.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.