Home » Reuters 2023-cü ildə xam neftin qiyməti ilə bağlı proqnozunu açıqladı

Reuters 2023-cü ildə xam neftin qiyməti ilə bağlı proqnozunu açıqladı

by bbnadm
0 comments 0 views 1 minutes read

Reuters-in neft bazarını araşdıran 1000-dən çox enerji mütəxəssisləri arasında apardığı araşdırmaya əsasən xam neftin dəyəri hazırkı qiymət aralığından olduqca yüksəkdir. Söhbət isə 2027-ci ilə qədər 1 barrelinə görə 90 dollardan gedir. Bazar ertəsi səhəri Brent xam neftinin qiyməti 1 barrelinə görə 85 dollardan aşağı ticarət edilirdi. Bildirək ki, 2023-cü il ilə bağlı proqnozlar isə 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan öncəki rəqəmlərdən 4-10 dollar aralığında yüksəkdir.

Sorğuda iştirak edən mütəxəssislərin yarısı, hansı ki onlardan 22%-nin işləri birbaşa neft və qaz sektoru ilə bağlıdır belə proqnoz edirlər ki, 2023-cü ildə Brent xam neftinin qiyməti orta hesabla 1 barrelinə görə 80-95 dollar olacaq. Bloomberg-də olan son məlumata görə WTI xam neftinin 1 barrelinə görə qiyməti 0.52 dollar, yaxud 0.65% azalaraq 79.34 dollara ticarət edilir. Brent xam nefti isə 0.24 dollar, yaxud 0.28% yüksələrək 84.70 dollara satılır. Təbii qazın qiymətləri isə 0.31 dollar, yaxud 9.15% yüksələrək 3.73 dollara ticarət etməkdədir. 2023-cü ildə bütün analizləri nəzərə alaraq isə xam neftin qiyməti ilə bağlı proqnoz isə onu göstərir ki, Brent-in qiyməti orta hesabla 1 barrelinə görə 87 dollar olacaq.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.