Home » Reuters: “Yaxın Şərqdəki müharibə qlobal iqtisadiyyat üzərində yeni risklər yaradır”

Reuters: “Yaxın Şərqdəki müharibə qlobal iqtisadiyyat üzərində yeni risklər yaradır”

by ulviyya
0 rəy 4 baxış 1 dəqiqə oxuma

“Yaxın Şərqdə başlayan müharibə qlobal iqtisadiyyat üzərində yeni risklər yaradır”. 

BBN.az xəbər verir ki, Reuster nəşri yazır ki, müharibə Mərkəzi Banklar üzərində yeni inflyasiya trendləri ilə mübarizə aparmağa gətirib çıxara bilər. Eyni zamanda pandemiya və Rusiya-Ukrayna müharibəsindən sonra yüksələn qiymətlər ilə bağlı olaraq tənzimləyicilərin gələcəkdən ümidləri var idi.  

Reuters nəşri əlavə edir ki, ancaq daha dəqiq bir nəticəyə gəlmək üçün isə vaxt lazımdır. Bu müharibənin nə qədər uzun bir müddət davam etməsindən və digər regionlara yayılıb-yayılmamasından asılı olaraq dəyişəcək.  

Ancaq bəzi ekspertlər isə bu fikirdədirlər ki, 20 ay öncə başlayan Rusiya-Ukrayna müharibəsindən sonra, Yaxın Şərqdə başlayan konfliktin nəticələrinin nə olacağını indidən təxmin etmək isə çətindir, bu neftin qiymətinin yüksəlməsinə (müharibənin ilkin reaksiyası fonunda neftin qiymətləri artıq 4% bahalaşıb-red.), Mərkəzi Bankların faiz artımlarına və s. gətirib çıxara bilər.  

Qeyd edək ki, Hamas-ın Qəzzaya qəfil hücumundan sonra İsrail ordusu əks-hücum əməliyyatlarına başlayıb və yüzlərlə insan həlak olub. 

Əlavə edək ki, həm ABŞ prezidenti Joe Biden, həm də Böyük Britaniyanın Baş naziri Rishi Sunak bu müharibədə İsrailin arxasında olduqlarını bəyan ediblər.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.