Home » Revolut ABŞ-da bank almağı planlaşdırır – Qlobal genişlənmə məqsədilə

Revolut ABŞ-da bank almağı planlaşdırır – Qlobal genişlənmə məqsədilə

by yunus
0 comments 0 views 1 minutes read

Böyük Britaniyanın aparıcı rəqəmsal maliyyə şirkətlərindən biri olan Revolut, ABŞ-da bank satın almaq imkanlarını araşdırdığını açıqlayıb. Şirkət bu addımı qlobal genişlənmə strategiyasının bir hissəsi olaraq atmaq niyyətindədir.

BBN.az xəbər verir ki, Revolut həmçinin, yaxın aylarda özünün daxili bazarı olan Böyük Britaniyada kredit kartlarının istifadəyə verilməsini planlaşdırır.

Mərkəzi Londonda yerləşən Revolut, hal-hazırda 65 milyon istifadəçi ilə Avropanın ən dəyərli fintech şirkətlərindən biri hesab olunur. Müqayisə üçün qeyd edək ki, bu göstərici HSBC Bankının müştəri sayını keçib. Bununla belə, şirkətin gəlirləri ənənəvi banklarla müqayisədə hələ də nisbətən azdır, çünki əsasən istehlak bazarına fokuslanıb.

Revolut rəhbərliyi, şirkətin 75 milyard ABŞ dolları dəyərində qiymətləndirmə ilə ikincil səhmlərin satışını planlaşdırdığını da bildirib.

Hazırda şirkət ABŞ bazarında daha güclü mövqe tutmaq və rəqəmsal maliyyə xidmətlərini genişləndirmək üçün uyğun bankların axtarışındadır.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.