1

7 noyabr 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Risklərin idarə edilməsi üzrə Ekspert Qrupu”nun növbəti onlayn görüşü keçirilib.
Görüş zamanı Aktiv Əsaslı Maliyyələşdirmə üzrə Metodoloji Rəhbərlik layihəsi ilə bağlı üzv banklardan daxil olmuş rəy və təkliflər müzakirə olunub. Ekspertlər arasında fikir mübadiləsi aparılıb və təkliflərin ümumiləşdirilməsi istiqamətində qərarlar qəbul edilib.







