Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Risklərin idarə edilməsi üzrə Ekspert Qrupu”nun onlayn görüşü keçirilib - BBN

“Risklərin idarə edilməsi üzrə Ekspert Qrupu”nun onlayn görüşü keçirilib

25 avqust 2025-ci il tarixində, ABA-nın nəzdində fəaliyyət göstərən “Risklərin idarə edilməsi üzrə Ekspert Qrupu”nun onlayn formatda görüşü təşkil olunub.

Görüş çərçivəsində bank sektorunda stress-testlərin effektivliyinin təmin olunması məsələləri müzakirə olunub.

Görüşdə yeni qaydanın tətbiqi ilə bağlı bankların rəy və təklifləri dinlənilib, həmçinin mövcud təcrübənin təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılmışdır.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 2 qeyri-bank kredit təşkilatı, 3 digər təşkilat olmaqla, ümumilikdə 27 təşkilat ABA-nın üzvüdür.

Related posts

Azərbaycan iqtisadiyyatına kapital qoyuluşu 3%-ə yaxın artıb

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə yeni səlahiyyət verilib

Azərbaycanda informasiya-rabitə xidmətlərinin ümumi dəyəri 9 % artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı