Home » “Rosbank” səhmləri 40% yüksəlib

“Rosbank” səhmləri 40% yüksəlib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Fransanın ən böyük maliyyə təşkilatlarından biri olan “Societe Generale” investisiya bankı Rusiya Federasiyasında fəaliyyət göstərən törəmə qurumu “Rosbank”da olan payını sataraq Rusiya bazarından çıxacağını açıqlayıb.

Ümumilikdə, 3.3 milyard dollar məbləğində dəyərləndirilən bu satınalma nəticəsində səhmlər əlvan metallurgiya nəhəngi “Interros Capital” holdinqinin tabeliyinə keçəcək. Qeyd edək ki, “Interros Capital” holdinqinin rəhbəri Vladimir Potanin “Forbes” araşdırmasına görə Rusiyanın ən böyük sərvətə malik olan ikinci şəxsidir.

Potanin 1998-ci ildən etibarən “Rosbank”ın əsas səhmdarı olub, daha sonra isə 2006-cı ildə “SocGen” tərəfindən səhmlər satın alınıb.  “Rosbank” səhmlərinin “Interros Capital” holdinqinə keçməsi ilə bankın səhmlərində 40%-lik artım qeydə alınıb və hazırda birjada 133.4 rubl səviyyəsində dəyərləndirilir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.