Home » Rosebank neft yatağı layihəsi Böyük Britaniyadan icazə aldı

Rosebank neft yatağı layihəsi Böyük Britaniyadan icazə aldı

by yunus
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İngiltərənin ən böyük istifadə olunmamış neft yatağı kimi tanınan Rosebank-dan neftin işlənməsi və hasilatı üçün icazənin verildiyi bildirilib.

BBN.az xəbər verir ki, ölkənin enerji tənzimləyicisi Şimal Dənizi Transformasiya Təşkilatının (NSTA) bəyanatına görə Rosebank neft yatağının işlənməsi və yataqda neft hasilatı üçün Equinor və Ithaca Energy şirkətlərinə icazə verilib.

Equinor tərəfindən edilən açıqlamaya görə şirkət Rosebank neft yatağının inkişaf etdirilməsi layihəsinin birinci mərhələsi üçün Ithaca Energy ilə yekun investisiya qərarı verib və bu çərçivədə 3,8 milyard dollarlıq investisiya ediləcək.

Rosebank neft yatağı ölkənin ən böyük istifadə olunmamış neft yatağı kimi tanınır. Layihənin birinci mərhələsi çərçivəsində ümumilikdə 245 milyon barrel neft hasil ediləcəyi gözlənilir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.