Home » “Rosneft” yeni neft hasilatı layihəsinə investorlar cəlb edib

“Rosneft” yeni neft hasilatı layihəsinə investorlar cəlb edib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Rusiyanın Dövlət Neft Şirkəti olan “Rosneft” böyük gözləntilər ilə may ayında başlanılan layihəyə iki yeni investor cəlb edib. London səhm bazarında (LSE) keçirilən konsorsium nəticəsində şirkətin ən böyük layihələrindən olan “Vostok Oil” layihəsinin 5%-lik hissəsi İsveçrə mərkəzli “Vitol” (3.75%) və Sinqapur mərkəzli “Mercantile & Maritime Energy” (MME) (1.25%) tərəfindən satın alınıb.

Qeyd edək ki, bundan əvvəl daha bir İsveçrə mərkəzli investisiya şirkəti “Trafigura” 7 milyard dollar investisiya edərək sözügedən layihədə 10%-lik paya sahib olub.

“Rosneft”in ən böyük layihələrindən olan “Vostok Oil” Taymır yarımadasında Kara dənizi ətrafında neft hasilatı əməliyyatlarını özündə birləşdirir. 2021-ci ilin may ayında start verilən layihənin ümumi dəyəri 110 milyard dollar həcmində müəyyənləşdirilib. Ümumilikdə, 20 min tonluq avadanlığın istifadəsi planlaşdırılan layihənin neft hasilatı həcminin 2025-ci ilədək 25 milyon ton, 2030-cu ilədək isə 100 milyon ton istehsal həcminə çatacağı proqnozlaşdırılıb. Bu isə illik olaraq 700 milyon barel neft, digər bir sözlə 60 milyard dollar gəlir deməkdir.

Digər tərəfdən, “Vostok Oil” proyektinin karbon emissiyası həcminin digər layihələrlə nisbətdə 75% daha az olması onu ekoloji cəhətdən də investorlara yaxın edir. Lakin, ABŞ və Avropa Birliyi tərəfindən bir sıra sahələrdə Rusiya iqtisadiyyatına sanksiyaların tətbiq edilməsi, həmçinin bu layihə üçün tələb olunan infrastuktur xərclərinin həddindən artıq çox olması bir çox Qərbi Avropa ölkələrini bu layihəyə investisiya etməkdən çəkindirir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.