Yanvarın 11-də, yəni bu gün Rusiyanın milli pul vahidi rublun məzənnəsi dollara nisbətdə son 6 həftənin ən yüksək həddini müəyyən edib və möhkəmlənib.
BBN.az Yahoo Finance-a istinadən xəbər verir ki, bildirilir ki, 1 dollar 89 rublu keçib və 89.90 olub, həftə ərzində isə qiymətdə dəyişkənlik müşahidə edilib. Bu gün səhər rubl dollara nisbətdə 0.6% möhkəmlənib və 88.84 olub, ondan öncə isə 88.7650 olaraq qeydə alınıb. Bu isə noyabrın 30-dan bu yana ən güclü nəticə hesab edilir.
Yahoo Finance nəşri yazır ki, rublun məzənnəsi digər xarici valyutalara qarşı da bahalaşma nümayiş etdirib, söhbət isə avro və yuandan gedir. Avroya nisbətdə 0.4% dəyər qazanmaqla 97.65 avroya ticarət edilib, yuana isə nisbətdə 0.2% bahalaşıb və 12.38 olub.
Qeyd edək ki, ölkənin maliyyə nazirliyindən isə bildirilib ki, yaxın günlərdə özlərinin yeni planlarını açıqlayacaqlar.