Rusiya hökumətindən verilən yazılı açıqlamada daxili bazarda benzin tələbatında mövsümi artım olduğu bildirilib.
BBN.az xəbər verir ki, açıqlamada bəzi neft emalı zavodlarında planlı təmir işlərinin aparıldığı və buna görə də daxili bazarda tarazlığın qorunması məqsədilə benzinin ixracına qoyulan məhdudiyyətlərin dekabrın 31-dək uzadıldığı bildirilib.
Rusiyada neft emalı zavodlarının pilotsuz təyyarələrin hücumuna məruz qalması və xüsusilə kənd təsərrüfatı sektorunda artan tələbat səbəbindən benzinin qiyməti artıb.
Qiymət artımı ilə əlaqədar hökumət zaman-zaman ixrac məhdudiyyətlərinin olacağını açıqlayıb.