Home » Rusiya ilə iqtisadi əlaqələr müzakirə olunub

Rusiya ilə iqtisadi əlaqələr müzakirə olunub

by anar
0 comment 1 views 1 minutes read

Rusiya Prezidentinin davamlı inkişaf məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titovla görüşdə müxtəlif istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiya Prezidentinin davamlı inkişaf məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titovla görüşüb.

Görüşdə Azərbaycanla Rusiya arasında əlaqələrin inkişaf etdiyi, dövlət başçılarının ölkələrimiz arasında münasibətlərin genişlənməsinə önəm verdiyi vurğulanıb. Qeyd olunub ki, Rusiya ilə iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün geniş imkanlar var. Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti regional tərəfdaşlığın genişləndirilməsi üçün yeni fürsətlər təqdim edir.

Dayanıqlı inkişafa nail olunmasında bütün maraqlı tərəflərlə səmərəli əməkdaşlıq və dialoqun qurulması vacibdir. Qeyd olunub ki, Azərbaycanın 4-cü Könüllü Milli hesabatı Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkda yerləşən Baş Qərargahında keçirilən Yüksək Səviyyəli Siyasi Forumuna təqdim olunub. Azərbaycan dünyada 5 ölkədən biri olmaqla, regionda və MDB məkanında yeganə ölkədir ki, 4-cü Könüllü Milli Hesabatını təqdim edib.

Görüşdə ölkələrimizin iqtisadi əlaqələrini gücləndirmək üçün potensial istiqamətlərin müzakirəsinin önəmi vurğulanıb. Dayanıqlı inkişaf və ətraf mühit, sosial və idarəetmə üzrə birgə iş, davamlı təşəbbüslərin dəstəklənməsi, qarşılıqlı investisiyaların və özəl sektorda tərəfdaşlığın təşviqi, həmçinin COP29 çərçivəsində əməkdaşlıq barədə müzakirələr aparılıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.