Home » Rusiya Mərkəzi Bankı: Faiz dərəcəsi endirilə bilər, amma 18% səviyyəsində qalması da istisna deyil”

Rusiya Mərkəzi Bankı: Faiz dərəcəsi endirilə bilər, amma 18% səviyyəsində qalması da istisna deyil”

by yunus
0 comments 0 views 1 minutes read

Rusiya Mərkəzi Bankı bu ilin sonuna qədər əsas faiz dərəcəsini (18%) azalda bilər, amma bu addım hələ dəqiq qərar hesab olunmur. Bank yalnız inflyasiya sürətlə azalarsa faiz endiriminin mümkün ola biləcəyini bildirir.

BBN.az xəbər verir ki, Bankın Monetar Siyasət Departamentinin rəhbəri Andrey Qanqan dövlət qəzeti Rossiyskaya Gazeta-ya müsahibəsində bildirib ki, 2025-ci il üzrə inflyasiya 6–7% səviyyəsində proqnozlaşdırılır, sonrakı illərdə isə hədəf 4% olacaq.

Onun sözlərinə görə, bu, avqustdan dekabra qədər əsas faiz dərəcəsinin orta hesabla 16.3–18%, gələn il isə 12–13% arasında dəyişəcəyini göstərir:

“Ən çox ehtimal olunan faiz dərəcəsi bu intervalda olacaq. Lakin ilin sonunda konkret göstərici kənara çıxa da bilər. Əgər inflyasiya gözləniləndən daha sürətlə zəifləsə, dərəcə bu il də azaldıla bilər. Amma bu, öncədən qərarlaşdırılmış məsələ deyil.”

Qanqan əlavə edib ki, geopolitik faktorlar da daxil olmaqla inflyasiya riskləri qalmaqdadır və qərarlar yalnız daxil olan yeni məlumatlara əsasən veriləcək.

Mərkəzi Bank uzun müddətdir yüksək faiz siyasəti ilə inflyasiyanı 4%-lik hədəfə qaytarmağa çalışır. İllik istehlak qiymətləri inflyasiyası iyul ayında 8.79%, iyun ayında isə 9.40% olub. Lakin avqustda açıqlanan məlumatlara görə, əhali arasında gələcək 12 ay üçün inflyasiya gözləntiləri artaraq 13.5%-ə yüksəlib (iyulda 13% idi).

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.