Rusiya Mərkəzi Bankı vətəndaşların xarici valyutaya çıxışını məhdudlaşdıran yeni “müvəqqəti proseduru” təqdim edib. Rusiya-Ukrayna qarşıdurmasının nəticəsində baş verən yerli valyutanın ucuzlaşması prosesinin qarşısının alınması məqsədilə təqdim edilən bu prosedur 9 mart – 9 sentyabr tarixlərini əhatə edəcək.
Yeni prosedura əsasən, xarici valyuta hesabı olan vətəndaşların bankomatdan məxaric edilə bilən maksimal xarici valyuta məbləği 10 min dollara endirilib. Geri qalan məbləğ isə yalnız rubl valyutası ilə məxaric edilə biləcək.
Məlumat üçün qeyd edək ki, Rusiya Mərkəzi Bankı 28 fevral tarixində kəskin faiz artımına gedib. Analitiklərin gözləntilərini üstələyən Mərkəzi Bank 1050 faiz bəndi artıraraq uçot dərəcəsini 9.5%-dən 20%-ə qaldırıb. Rubl valyutası isə dollar qarşısında kəskin dəyər itirərək 116 səviyyəsində qərarlaşıb.